KARBON QAZI

SO2, karbon 4-oksidin başqa adı, karbonun baş oksidi; rəngsiz qazdır, sıxlığı 0,0019 q/sm³-dir, -56,6°S-də mayeləşir, -78,5°S-də də donur. Adi təzyiqdə -78,5°S-də mayeləşmədən birbaşa bərkiyib qaraoxşar ağ kütləyə (“quru buz”a) çevrilir. 2000°S-dən yuxarı temperaturda dissosiasiya olunaraq, karbon 2-oksidlə və oksigenə ayrılır. Suda nəzərə çarpacaq qədər (20°-də kütləcə 0,169%) həll olur və qismən reaksiyaya girib karbonat turşusu N2SO3 əmələ gətirir. SO2 yanmır və yanmaya kömək etmir. Közərdilmiş kömürlə reaksiyadan (SO2 + S = 2SO) metallurgiyada geniş istifadə olunur. Mis 2-oksidin iştirakı ilə hidrogenlə reaksiyaya girib metana çevrilir. Havanın həcmcə 0,03%-i SO2-dir, hidrosferdə onun miqdarı 1,4 ⋅ 1014 tondur. Bitkilər fotosintez prosesində havadan SO2 alır. SO2 qazlı su, pivə və şəkər istehsalında, “quru buz” hazırlanmasında, yanğının söndürülməsində və s. işlədilir. İnsan və heyvan orqanizmində SO2 tənəffüs və qan dövranının tənzimlənməsində iştirak edir. Havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək, hipoksiyaya səbəb olur. Tərkibində 1,535 SO2 olan hava ilə uzun müddət (bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır. SO2 6%-dən çox olduqda isə tənəffüs yavaşıyır, ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır. Belə hallarda zəhərlənmiş adamı havaya çıxarmaq və süni tənəffüs vermək lazımdır.
KARBOHİDRAT ÇİRKLƏNMƏSİ
KARBON QAZININ MÜVAZİNƏTLİYİ
OBASTAN VİKİ
Karbon qazı
Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid. Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır. Təbii mineralların parçalanmasından: CaCO3 □(→┴t ) CaO + CO2 Təbii qazın yandırılmasından: CH4 + 2O2 → CO2 + 2H2O Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınır Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir: CO2+ H2O↔ H2CO3 Na2O + CO2→Na2CO3 2NaOH + CO2 → Na2CO3 H2O Karbon qazını əhəng suyu ilə təyin edirlər: Ca(OH)2 + CO2 → CaCO3 +H2O Karbon qazı ammonyakla karbamid əmələ gətirir: CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2O Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur: CO2 + C □(→┴t ) 2CO CO2 + 2Mg □(→┴t ) 2 MgO + C Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur: 6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2 Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır.. Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
Darıdağ Karbon Qazı Zavodu
Darıdağ Karbon Qazı Zavodu — Culfa şəhərinin 3 km-liyində, Culfa-Ordubad avtomobil yolunun solunda, Darıdağın ətəyində, Darıdağ mineral su mənbəyi ərazisindədir. Əvvəllər Azərbaycan Respublikası Yeyinti Sənayesi Nazirliyinin nəzdində idi. Sonralar mineral su yatağının bazası əsasında karbon qazının alınması məqsədilə kəşfiyyat işləri aparılmış, 1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində zavod yaradılmışdır. Karbon qazından mineral suların və şampan içkilərinin qazlaşdırılmasında və digər sahələrdə istifadə olunurdu. 1970-ci illərdə zavodun istehsal gücü çox aşağı olmuşdur. Buna görə 1980-ci ildə həmin ərazidə sutkalıq istehsal gücü 30 ton olan və müasir tələblərə cavab verən yeni zavod tikilib istifadə verilmiş, Azərbaycan Mineral Sular və Naxçıvan Mineral Sular Birliyinin sərəncamına verilmişdir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Qazı-qazı
Qazı-qazı – Qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz və Kəngərli rayonlarında ən çox yayılmış və sevimli oyunlar sırasına daxildir. Sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülən kişilərdən ibarət bu yallı dəstəsinin önündə əlində çubuq tutan yallıbaşı, sıranın sonunda isə ayaqçı durur. Yallıbaşının və ayaqçının əllərindəki çubuq "Günahkarı" cəzalandırmaq üçündür. İfaçılar bu rəqsi lovğalıqla "qazılana-qazılana" ifa edirlər. Asta, orta və iti hissələrdən ibarət yallıda yallıbaşının etdiyi hərəkəti yallının ifaçıları da təkrar etməlidir. Əks təqdirdə hərəkətləri yerinə yetirməyən ifaçı çubuqla cəzalandırılır.
Karbon
Karbon (C) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 6-cı element. Karbon Mendeleyevin dövri sistem cədvəlində 2-ci dövr, 4-cü qrupda yerləşir. Karbonla eyni yarımqrupa silisium Si, germanium Ge, qalay Sn, qurğuşun Pb elementləri daxildir. Valent elektronlarının sayı 4-dür. Karbon təbiətdə çox tapılan qeyri-metal kimyəvi elementdir. Kainatda yayılmasına görə altıncı yerdədir. Dünyada həm təbii, həm də mürəkkəb birləşmələr şəklində olan karbon ağırlıq olaraq Yer qabığının təxminən 0,2% — ni təşkil edir. Atmosferin isə təxminən 0,05% — ni təşkil edən karbon dioksid, mərmər kimi karbonat minerallarının, kömürün, neftin, təbii qazın əsas elementlərindən olan hidrokarbonatların və s. tərkibində vardır. Birləşmələrin 94% — in (4 milyondan çoxunun) tərkibində karbon vardır.
Qazı
Qazı (ər. "qazi") — hökmdar tərəfindən (əvvəlcə: xəlifə) təyin olunmuş və şəriət əsasında ədaləti bərqərar edən müsəlman məmur-hakimi. Orta çağ dövlətlərində məhkəmə sistemi qazı deliyən dini hakimlərin əlində idi. Dövlətin əyalət, vilayət, qəza, mahal və paytaxtında divanbəyi tərəfindən təyin olunmuş qazı var idi. Qazılar şəriət qanunları əsasında hüquqi işlər aparırdılar. Onlar əsasən dini işlərə, irsi, ailə və məişət məsələlərinə baxırdılar. Baxdıqları məsələlərin ayrıntıları: 1. Məzhəb və ruhanilik 2. Evlənmə və boşanma 3. Küsmüş qohumları barışdırmaq 4.
Karbon (Vayominq)
Karbon Rayonu (ing. Carbon County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 15 639 nəfər olmuşdur. Rayonun paytaxtı Roulins şəhəridir.
Karbon disulfid
Karbon disulfid — CS2 formullu rəngsiz uçucu mayedir. "Efirə bənzər" bir qoxusu var, lakin sənaye nümunələri ümu-miyyətlə pis qoxulu saf olmayan birləşmələrdir. [7] Vulkan püskürmələri zamanı və bataqlıqlarda az miqdarda sərbəst karbon disulfid ayrılır. Əvvəllər CS2 yüksək temperaturda karbon (və ya koks) və kükürdün reaksiyası ilə istehsal edilmişdir: C + 2S → CS2 Daha sonra təbii qazdan silikogel və ya alüminium katalizatorlarının iştirakı ilə CS2 birləşməsinin alınması ilə karbon mənbəyi kimi istifadə edildi: [7] 2 CH4 + S8 → 2 CS2 + 4 H2S Reaksiya metanın yanmasına bənzəyir. Karbon disülfid istehlakı təxminən bir milyon tondur; Çin 49%, Hindistan isə 13% istehlak edir. [8] 2007-ci ildə Amerika Birləşmiş Ştatlarında istehsal 56.000 ton idi. [9] Karbon disülfid fosfor, kükürd, selenium, brom, yod, yağlar, qatranlar, kauçuk və asfalt üçün həlledicidir. [10] Təkdivarlı karbon nanotüplərinin təmizlənməsində istifadə edilmişdir. [11] Reaksiyalar: CS2 olduqca yanıcı maddədir. Yanması zamanı kükürd dioksid və karbon qazı alınır: CS2 + 3 O2 → CO2 + 2 SO2 İzoelektronik karbon dioksidlə müqayisədə CS2 daha zəif elektrofildir.
Karbon dövranı
Karbon dövranı-biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərlə örtülür və beləliklə, ekosferdən kənara çıxır. Bu zaman litosfer maddələrinin böyük tsiklində qalır. Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı prosesində yanacaqların yandırılması nəticəsində əmələ gəlir. Digər karbon axını isə quru ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi maddələrinin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen axın nisbətən az olsa da, onun miqdarı durmadan artır və parnik effektinin güclənməsinə səbəb olur. Quruda fotosintez prosesi zamanı karbon qazının funksiyası, bununla da üzvi maddələrin əmələ gəlməsi və əlavə olaraq oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar mikroorqanizmlər tərəfindən parçalanır, bunun nəticəsində ölü üzvi maddələrin karbonu oksidləşərək karbon qazına çevrilir və yenidən atmosferə düşür. Karbonun dövranı su mühitində də belə başa çatır. Bitkilərdə fiksasiya olunmuş (toplanmış) karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda istifadə olunur, o da öz növbəsində tənəffüz zamanı onu karbon qazı şəklində ayırır.
Karbon dövrü
Daş kömür dövrü və ya Karbon dövrü (C) — Paleozoy erasının beşinci geoloji dövrü. 354-290 milyon il bundan əvvəl mövcud olmuş Daş kömür dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti külli miqdarda - dünya ehtiyatının 30%-dən çox daş kömür yataqlarının əmələ gəlməsidir. Karbon adını ilk dəfə 1822-ci ildə Viliyam Koniber və Viliyam Filips təklif etmişdir. Ümumi qəbul olunmuş bölgüsü yox­dur. Qərbi Av­ropa 2 şöbəyə bölünür: alt (dinant) şöbəyə turne və vize mərtəbələri; üst (silez) şöbəyə namyur, vestfal və stefan mərtəbələri daxildir. Şimali Amerikada yaşca daş kömür dövrünə müvafiq gələn çöküntülər iki sistemə ayrılır: təxminən alt şöbəyə uyğun gələn hissəsini Missisipi və üst şöbəyə uyğun gələn Pensilvaniya sistemləri. 1960-cı ildə Şimali Amerika sxeminin sistemləri Daş kömür sistemi şöbələri kimi qəbul edilmişdir. Keçmiş SSRİ-də 3 şöbəyə bö­lünürdü: turne, vize və namyur mərtəbələrini əhatə edən alt şöbə; başqır və moskva mərtəbələri - orta şöbə; qjel və orenburq mərtəbələri - üst şöbə. Daş- kömür dövrünün başlanğıcında şimal yarım kürəsində olan qitələr və kontinental bloklar yaxınlaşmağa başladı. Bu bloklar birləşərək Lavraziya materikinə çevrildi.
Karbon kağızı
Karbon kağızı — Bir tərəfi qurudulmuş mürəkkəb və ya piqment ilə örtülmüş kağızdır. Mətn və ya dizaynı orijinal versiya ilə eyni vaxtda surətini çıxarmaq üçün karbonlardan istifadə olunur. Surətin rəngi, karbon kağızının rənginə asılıdır. Wissinger, R. R. (1950). Carbon Papers and Other Duplicating Papers. In Mosher, R. H. (ed), Specialty Papers, Their Properties and Applications (pp. 335–367). Brooklyn, N. Y.: Remsen Press.
Karbon monoksit
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Karbon nanoboruları
Karbon nanoboruları Karbon nanoboruları, diametri 1:n.10 (n=1,2,….9) nanometr, uzunluğu isə bir neçə mikrona qədər olan, bir və ya iç-içə bir neçə qrafit laylarının bükülməsindən yaranan silindrik quruluşlara deyilir. Karbon nanoboruları özündə həm nanoklasterlərə xas, həm də həcmli bərk cisimlərə xas xassələri birləşdirdiyi üçün, onlarda füllerenlərdən fərqli yeni xassələr büruzə olunur. Məhz onların bu xassələrindən gələcəkdə yeni nanomaterialların və nanoqurğuların yaradılmasında istifadə edilməsi nəzərdə tutulur və çox prespektivli hesab olunur. Sintezdən asılı olaraq birlaylı, ikilaylı və s. borular almaq mümkündür Karbon nanoboruları (KNB) kovalent rabitəyə malik karbon atomlarından ibarət, özü təşkil olunmuş, boru şəkilli nanoquruluşlardır. Onlar əsasən iki formada – birdivarlı və çoxdivarlı karbon nanoboruları, həmçinin çoxtəbəqəli paketləşdirilmiş konusvarı nanoboru şəklində olur. Birdivarlı karbon nanoborusu təbii (özü-özünə)boru şəklində bükülmüş qrafit monoatom qalınlıqlı təbəqədən ibarətdir. Belə təbəqə şəklində qrafit qrafen adlandırılır. Monotəbəqənin bükülməsi istıqamətindən asılı olaraq, qrafen metal və ya yarımkecirici xassələrə malik olur. Coxdivarlı karbon nanoboruları konsentrik yerləşmiş bir neçə birdivarlı nanoborudan ibarətdir, onların diametri 10–40 — nm təşkil edir Karbon nanoborularının bir çox maraqlı xassələri var.
Karbon nanolifləri
Karbon nanolifləri Karbon nanolifləri (KNL) çoxlu sayda qrafen laylarından ıbarət sapvari hissəciklərdən ibarətdir. Liflərin diametri böyük diapazonda dəyişir (bəzi hallarda 200 nm). Qrafen laylarının forması müxtəlif - konusa,fincana və s.bənzəyən formada olur.Qrafen səthlərinin arasında məsafə 0,34 nm və ya bir qədər çox olur. C atomları sp2 hibrid halındadır. Karbon zəncirindəki axırıncı C atomları hidrogenlə doymuş oldugundan sonuncular sp3 hibrid halında olur.
Karbon planeti
Karbon planeti — Yer kürəsindən bir neçə dəfə böyük olan, demək olar ki, bütünlüklə kristallaşmış karbondan ibarət planet. Səthində 1600 dərəcə isti olan bu planet sürətlə fırlanır. Səthində 400 dərəcə istilik olan bu planetdə cazibə qüvvəsi çox güclüdür və səthindən qalxan buxar yuxarıda buz qatı əmələ gətirir. Buna baxmayaraq aşağıda, səthdə yanmaqda olan təbəqə var. Karbon planet bəşəriyyətə məlum olan ən qaranlıq planetdir. O, səthinə düşən işığın yalnız 1 faizini əks etdirə bilir. Bu planet eyni zamanda qalaktikada elmə məlum olan ən böyük su kütləsidir. Qalaktikada sərbəst halda rast gəlinən bu su kütləsi elmə yeni məlum olub. Onun su tutumu yer üzündəki okeanın nə az nə çox 140 trilyon qatına bərabərdir. ABŞ Milli Kosmik Agentliyinin mütəxəssisləri bu kütləyə qalaktikanın su anbarı adını verib.
Karbon turşuları
Karbon turşuları — tərkibində karboksil qrupu olan üzvi turşulardır. Onlar (C(O)OH) quruluşuna malikdirlər. Bu turşuların ümumi formulu R-C(O)OH kimidir. Bu turşularda COOH miqdarına göre əsaslığı müəyyən olunur. Bundan başqa R radikalından asılı olaraq doymuşluğu təyin olunur. Bəşəriyyətin ilk tanıdığı turşu yəqin ki, sirkə turşusu olmuşdur. O, məlumdur ki, çaxırın fermentativ qıcqırmasından alınır. XVIII əsrin axırlarında artıq limon, alma, süd, oksalat və s. turşular məlum idi. Ancaq onların quruluşunu 100 ildən sonra tapmışlar.
Karbon monoksid
Karbon monoksid və ya dəm qazı bir karbon və bir oksigen atomundan ibarət qeyri-üzvi molekulun adıdır. Karbon oksidində karbon və oksigen arasında üçqat rabitə var. Molekulyar formulu: CO. Molekulyar çəkisi: M: 28,01 q/mol. Rəngsiz, qoxusuz, dadsız qazdır. Bəzən göründüyü kimi sobalarda mavi alovla yanır. Çox güclü zəhərdir. Nəfəs alınan havada onun konsentrasiyası artarsa, qana keçir və O2 ilə müqayisədə oksigenin daşındığı hemoqlobinə daha asan bağlanır. Başqa sözlə, bütün karbon monoksidlər tükənmədən O2 bağlana bilməz. Bu baxımdan oksihemoqlobin əmələ gələ bilmir və qanda karboksihemoqlobin artır, oksigen toxumalara daşına bilmir və hüceyrə ölümü baş verir. Karbon monoksid qan hemoqlobininin mərkəzi atomu olan dəmirə bağlanaraq ölümə səbəb olur.
Alyaska qazı
Alyaska qazı (lat. Anser canagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Dağ qazı
Dağ qazı (lat. Anser indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Çox vaxt onu ayrıca Eulabeia cinsinə aid edirlər. Bədən quruluşu qəşəngdir Uzunluğu 70–76 sm, kütləsi 1,9–3,2 kq olur. Boynu uzun və nazik, dimdiyi kiçikdir. Lələkləri qonurumtul-bozdur; açıq rəngli bədəninin yanlarında tünd zolaqlar var; başı, boynunun yanları, qarıncığı, quy ruğunun altı və üstü ağdır; təpəsində və peysərində eninə qonurumtul-qara zolaqlar var. Dimdiyi sarı, burunüstü sümüyü və burun dəlikləri qara, ayaqları narıncıdır. Orta və Mərkəzi Asiya dağla rın da, Cənub-Şərqi Altaydan Qərbi Mancuriyaya qədər, cənuba doğru Pamirə, Ladakx və Tibetə qədər məskunlaşmışdır. Dağ göllərinin sahillərində və onlara yaxın, 1000 m-dən 5000 m-ədək yüksəklikdə yerləşən çay vadilərində, həmçinin sarların və çalağanların yuvalarını tuta raq qayalarda, yaxud ağaclarda koloniyalarla yuvalayır. Hindistanın şimalında, Banqladeşdə və Myanmada qışlayır; Himalay dağları üzərindən, 9000 m-ədək yüksəklikdə uçub keçirlər.
Kömür qazı
Kömür qazı, şəhərlərdə istilik və işıqlandırma məqsədləri üçün istifadə edilən kömürdən Əldə edilən qaz yanacağıdır. Kömür qazı "Kömür Qazı Zavodu" və ya Qazxana adlandırılan istehsal və ya depolama müəssisələrində istehsal olunur. Onun tərkibi istehsalında istifadə edilən üsula görə dəyişir, lakin adətən hidrogen, karbon monoksit, metan və uçucu karbohidrogenlər kimi kalorili qazlardan və az miqdarda da karbon qazı və azot kimi kalorisiz qazlardan ibarətdir.
Qazı-Karta
Qazı (qaz. қазы, qırğ. казы, başq. ҡаҙы, tatar. казылык, özb. qazi, krımtat. къазылыкъ) — bir sıra türk xalqları arasında sucuq və beşbarmaq hazırlanmasında istifadə edilən at ətli kolbasa,delikatesdir. Həm də qazı sözü bu kolbasanın hazırlanmasında istifadə olunan qabırğa yağı mənasını ifadə edir. At əti çox kaloridir və köçərilərin həyatının sərt iqlim şəraitinə uyğunlaşmasında və uzun ömürlü olmalarına kömək edir. Qeyd etmək lazımdır ki, bütün atlar ət üçün kəsilmir və at əvvəlcədən kökəldilir.
Qazı-Məhəmməd
Hacıqabul (əvvəlki adı Qazı-məmməd olub) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati mərkəzi. XX əsrin başlanğıcında Azərbaycanı işğal edən Rusiya kommunistləri bu yaşayış məntəqəsinin adını dəyişərək ona kommunist rəhbərlərdən olan Qazıməmməd Ağasıyevin adını veriblər. 1938-ci ildə bura rayon tabeli şəhər statusu verildi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra 2000-ci ildə şəhərin və tabe olduğu rayonun adı dəyişdirilərək ona əvvəlki adı qaytarılıb. Əsasən düzənlikdir, lakin Böyük Qafqaz dağlarının bəzi təpəlikləri rayonun ərazisində aydın görünür. Torpaqları şoran, bitki örtüyü zəifdir. Kür çayı sahili boyunca tuqay meşələri uzanır. Meşələrdə çaqqal, canavar, tülükü, vəhşi pişik, porsuq, kirpi, dovşan və gürzə kimi zəhərli ilanlar yaşayır. İqlimi olduqca sərtdir, yayda çox isti, qışda çox soyuq. Hacıqabul, şərqdən qərbə doğru uzanan, Azərbaycanın paytaxtını Bakını ölkənin qalan hissəsi ilə birləşdirən Azərbaycanın əsas dəmir yolu xəttlərindən birində yerləşir.
Qazı Məhəmməd
Qazı Məhəmməd (1900 ya da 1901 – 30 mart 1947) — kürd siyasi xadimi, kürd azadlıq hərəkatının lideri, Məhabad Cümhuriyyətinin ilk və yeganə prezidenti. Qazı Məhəmməd 1900 ya da 1901-ci ildə Məhabad şəhərində doğulub. Onun nəsli şəhərdə tanınmış olub. Məhəmmədin babası Feyzulla bəy 1918-ci ildə alman-türk ordularının qarşısını almaq üçün qurulmuş könüllülərə rəhbərlik edirdi. Belə bir vətənpərvər ruhlu ailə Məhəmmədin gələcək həyatına təsir etməyə bilməzdi. Qazı Məhəmməd çox yaxşı təhsil almış , islam dinini mükəmməl öyrənmiş, kürd və fars dilləri ilə yanaşı ərəb, türk , ingilis və rus dillərini bilmişdir. 1941-ci ildə sovet-ingilis ordusu Iranın şimalını işğal edəndə Məhabad bölgəsi iran ordusu müttəfiq ordusu arasında neytral zonaya çevrilmişdi. Bu zaman Qazi Məhəmməd Məhabadın dini rəhbəri və şəhər valisi idi. Bu nüfuzundan istifadə edən Məhəmməd faktiki olaraq bütün bölgəni idarə edirdi. İkinci Dünya Müharibəsi illərində mərkəzi hökumət artıq ölkənin şimalına hakim deyildi.
Əkin qazı
Əkin qazı (lat. Anser fabalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Əkin qazı boz çalarlı olub boz qaza bənzəyir. Dimdiyi qara rəngdə olub ortasında narıncı zolağı var. Erkək və dişi fərdlər rənglərinə görə fərqlənmirlər, lakin dişilər bir qədər kiçik olur. Kütləsi adətən 2,5-4,5 kq, bəzən isə bir qədər də yuxarı olur. Əkin qazı Avrasiyanın Qrenlandiyadan Uzaq Şərqə qədər olan tundrada və tayqa hissəsində yaşayır. Orta Avropa və Asiyanın Qara dəniz və Aralıq dənizi sahillərində, bir hissəsi də Orta Asiya, Yaponiya və Cənub-Şərqi Çində qışlayır.
Polimer karbon nitrid
=== Ümumi məlumat === Katalitik proseslər kimya sənayesinin inkişafında mühüm rol oynayır və istehsal olunan kimyəvi məhsulların 90%-dən çoxu metal tərkibli heterogen katalizatorlar üzərində aparılır. Bu sistemlərin iştirakı ilə gedən proseslər yüksək enerji tutumu, qeyri selektivliyi, qiymətli metalların sərfiyyatı və ətraf mühitin çirklənməsi ilə xarakterizə olunur. Tərkibində metal saxlamayan, reaksiya mühitinin təsirinə qarşı inert qalan, yüksək katalitik effektivliyə malik olan mate-rialların katalizdə istifadəsi praktiki əhəmiyyət kəsb edir. Qrafitəbənzər karbon nitrid (g-C3N4) iki ölçülü quruluşa malik karbon əsaslı nanomaterialdır. g-C3N4-in yarımkeçirici xassəyə malik olması (2,7 eV) ucuz, eko-loji cəhətdən təmiz katalitik sistemlərin yaradılması üçün perspektiv imkanlar ya-radır. g-C3N4 xarakterik mikrostrukturaya malik, yüksək termiki (>550 °C), kim-yəvi (turşular, əsaslar və üzvi həlledicilər) stabilliyə və oksidləşməyə davamlıdır. Tərkibində kondensasiyaya uğramayan tri-s-triazin həlqəsinin birli və üçlü amin qrupları Brensted və Lyuis mərkəzlərini yaradır. Elektronlarla zəngin olan aroma-tik həlgə donor-akseptor qarşılıqlı təsir mexanizmi ilə müvafiq substratları aktiv-ləşdirmə qabiliyyətinə malikdirlər. Məsaməli quruluş yarımkeçirici materialın aktiv səthin sahəsini artirir, bu isə öz növbəsində katalizatorun effektivliyini artırır. Beləliklə, g-C3N4 çoxfunksialı səthə malik material olmaqla, tərkibində metal saxlayan katalizatorlardan fərqli olaraq, müxtəlif funksional qrupların təsirinə davamlıdır.
Dəyişdirilmiş karbon (teleserial)
Dəyişdirilmiş karbon (ing. Altered Carbon) – Con Lenikin prodüserliyi ilə istehsal olunmuş ABŞ elmi fantastika teleserialı. İngilis yazıçı Riçard Morqanın 2002-ci ildə yazdığı eyniadlı romana əsaslanır. Serial 2 fevral 2018-ci ildə Netflix vasitəsilə buraxılmış və 10 seriya davam etmişdir. İkinci mövsümünün yayımlanmasından sonra Netflix tərəfindən ləğv edilmişdir. Hekayə XXIV əsrdə Kaliforniyada yerləşən uydurma Bey Siti şəhərində baş verir. İnsanlar boyunlarının arxasında quraşdırılmış xüsusi cihaza şüurlarını və yaddaşlarını yükləyə bilir, bədənləri məhv olduqda başqa bədənə keçə bilirlər. Baş qəhrəman Takeşi Kovaç istəmədən də olsa, müəmmalı bir cinayət üstünü açmaqla vəzifləndirilir. Teleserialın baş rol ifaçısı Yuel Kinnamandır. Bundan əlavə, polis departamentindən Kristin Orteqanı Marta İqareda, Kovaçı vəzifləndirən milyarder Lorens Benkroftu Ceyms Pürfoy, süni intellekt Ponu Kris Konner, Kovaçın bacısı Reylin Kavaharanı Diçen Lakmen, Kovaçın köməkçisi Vernon Elliotu Ato Essando, Lorensin arvadı Miriamı Kristin Leman canlandırmışdır.